Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:51

11 ayda məhbusa verilməyən termometr, Almaniyanın Azərbaycandan istədiyi və...


Mətbuat icmalı
Mətbuat icmalı
-
«11 ayda mənə adicə termometr də verməyiblər». «Yeni Müsavat» qəzetinin yazdığına görə, bunu aprelin 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan Təhsil nazirliyi İqtisadiyyat şöbəsinin müdir müavini Orxan Kərimov deyib.
«Orxan Kərimov prosesdəki çıxışında səhhəti ilə bağlı heç bir tədbir görülmədiyini, hakim R. Allahverdiyevadan onun müayinəsi üçün qərar çıxarmasını xahiş etdi».

YEREVANIN BAKI VƏ TEHRAN ÜÇÜN PROVOKASİYASI

«Exo» qəzeti «Bakı və Tehran üçün Yerevanın provokasiyası»ndan yazır.
«Ermənistan İranı Azərbaycana qarşı müharibəyə itələyir».

HAKİMİYYƏTİN ALMANİYAYA GÖNDƏRDİYİ ELÇİ

«Azadlıq» qəzeti yazır ki, «hakimiyyət Almaniyaya elçi göndərib». Qəzet qeyd edir ki, «əvvəl söyüb, indi də danışıqlar aparmaq istəyirlər. Qəzetə görə, hər gün Azərbaycanın dövlət qəzetlərində və telekanallarında Almaniyanın rəsmi şəxslərinin, media qurumlarının ünvanına sərt ittihamlar səsləndirən hakimiyyət taktikanı dəyişmək istəyir.
«Deyəsən, şantaj və hədələrlə Almaniyanın geri çəkilməyəcəyini dərk edən Azərbaycan hakimiyyəti problemi danışıqlar yolu ilə həll etmək istəyir».

Qəzet Milli Məclisin 2 deputatının Almaniyaya səfərinin bu məqsəd daşıdığını qeyd edir.

MƏTBUATDA DEYİLMƏSİ MÜMKÜN OLMAYAN İSTƏK

«Almaniyanın Azərbaycandan qoparmaq istədiyi var». Bunu Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov «Bizim yol»a müsahibəsində deyib.
«Hər şeyi mətbuatda demək olmur. Bizim apardığımız müstəqil siyasi kurs çoxlarını razı salmır. Güzəştli tələblərlə öz maraqlarını təmin etmək istəyən dövlətlər narahat olurlar. Ancaq təzyiq nəticəsində bizdən nəyisə qoparmaq mümkün deyil».

Azərbaycanın insan hüquqları ilə bağlı tənqidinə gəldikdə Siyavuş Novruzov deyib ki, «ABŞ Dövlət Departamenti 7 il əvvəlki hesabatını hər dəfə yeni tarixlə təkrar çap edir».

VAHİD NAMİZƏD «BADALAĞI»

«Yeni Azərbaycan» qəzeti Müsavat başqanı İsa Qəmbərin AXCP sədri Əli Kərimliyə növbəti dəfə «badalaq» atdığını yazır.

«Müsavat sədrinin özünü «vahid namizəd» elan etməsi Əli Kərimlini çətin duruma salıb».

157 PROBLEMƏ DAİR 1427 ELMİ TƏDQİQAT

«Azərbaycan» qəzeti aprelin 25-də keçirilən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) illik yığıncağından yazır. Qəzetin yazdığına görə, AMEA-nın akademik-katibi Vaqif Fərzəliyev çıxışında deyib ki, «hesabat ilində Akademiyanın elmi müəssisələrində 157 problemə dair 485 mövzu üzrə 1427 elmi tədqiqat işi aparılıb və 160-a yaxın əsas elmi nəticə alınıb».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG