Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:00

Almaniya Ukraynanı məhbuslara tibbi yardımla bağlı öhtəliyə əməl etməyə çağırıb


Avropa Ukraynanın həbsdə olan keçmiş baş naziri Yuliya Timoşenkonun səhətindən ciddi narahatdır.

Timoşenko aprelin 20-dən həbsxanada döyülməsinə etiraz olaraq aclığa başlayıb.

Almaniyanın xarici işlər naziri Gido Westervelle Ukraynanın hakim dairələrini məhbuslara tibbi yardımla bağlı beynəlxalq öhtəliyə əməl etməyə çağırıb.

O həmçinin almaniyalı həkimlərin Timoşenkonu müayinə etməsilə bağlı Ukraynadan rəsmi müraciət alındığını deyir.

Yuliya Timoşenkonun vəkili Sergey Vlasenko “Kommersant-Ukraina” qəzetinə müsahibəsində onun həbsxana rəisinin müavini tərəfindən döyüldüyünü deyir.

Ukraynanın Penitensiar Xidməti isə fiziki zorakılıqla bağlı deyilənləri təkzib edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG