Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 01:10

Vəkil deyir ki,Timoşenkonu həbsxana rəisinin müavini döyüb


Yuliya Timoşenkonun vəkili onun həbsxana rəisinin müavini tərəfindən döyüldüyünü deyir.

Sergey Vlasenko “Kommersant-Ukraina” qəzetinə müsahibəsində bildirib ki, mayor Kovalenko və müəssisənin 2 əməkdaşı ötən cümə günü onun kamerasına girərək xəstəxanada tibbi müayinədən keçməsini tələb ediblər.

Timoşenko imtina edəndə isə onu yorğana bükərək döyməyə başlayıblar.

Ukrayna Ali Radasının insan haqları üzrə səlahiyyətli nümayəndəsi Nina Karpaçeva deyir ki, buna BMT və ATƏT-in insan haqları və işgəncələrlə bağlı konvensiyalarına uyğun olaraq məhbusla amansız rəftar və işgəncə kimi baxmaq olar.

Timoşenko döyülməsinə etiraz olaraq aprelin 20-dən həbsxanada aclığa başlayıb.

Ukraynanın Penitensiar Xidməti isə fiziki zorakılıqla bağlı deyilənləri təkzib edib. Avropa
Birliyi Timoşenkonun səhəttindən narahat olduğunu bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG