Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:11
Respublikaçılar Partiyasından prezidentliyə namizədlik uğrunda mübarizəni dayandırmış Herman Cain'in fikrincə, ABŞ prezidenti olmaq üçün dünyadakı prezidentlərin hamısının adını yadda saxlamaq şərt deyil. Xüsusi ilə də Özbəkistan prezidenti Islam Karimov'un.

Herman Cain`in namizədlik uğrunda kampaniyası dekabrdakı qalmaqaldan sonra başa çatdı. Bir neçə qadın iddia edirdi ki, evli vaxtında Herman'ın onlarla əlaqələri olub. Herman Cain'in qəribə təklifləri onu məzəli namizədə çevirmişdi. O, mübarizəni dayandırandan sonra seçki kampaniyasında yumor hissi də yoxa çıxdı.

«SƏN BİLİRSƏN, LAP YAXŞI»

Herman Cain bu yaxınlarda komediya aktyoru John Oliver'ə müsahibə verib. Həmin müsahibədə seçki kampaniyasının yadda qalan anlarından danışılıb. İlk növbədə ötən ilin oktyabrında CBN televiziyası müxbirinin sualına verdiyi cavab yada düşüb.

Həmin vaxt jurnalist Herman'dan soruşub ki, bilmədiyi sahədən ona sual versələr, buna cavab verməyə hazırdırmı? Məsələn, ondan Özbəkistan prezidentinin adını soruşsalar, cavab verə biləcəkmi? Herman Cain'in cavabı belə olmuşdu:

«Mən bildiyim suallara cavab verməyə hazıram. Onlar məndən soruşsalar ki, U-beki-beki-beki-beki-stan-stanın prezidenti kimdir, cavab verəcəyəm ki, bilmirəm. Sən bilirsən, lap yaxşı. Sonra da əlavə bir iş yerini necə yaratmaq haqqında danışacam».



«HEÇ KİM 200 ADI YADDA SAXLAYA BİLMƏZ»

​İndi John Oliver'ə müsahibəsində Herman Cain o vaxt dediklərini belə izah edib:

«Bilirsiniz, dünyadakı 200 ölkənin başçısının hamısının adını yadda saxlamaq mümkün deyil. Heç kim 200 adı yadda saxlaya bilməz. Bəlkə siz yadda saxlaya bilərsiniz? Bütün vaxtınızı Özbəkistanın başçısının adını yadda saxlamağa sərf edəcəksiz?».

Islam Karimov

Islam Karimov

Aparıcı John Oliver soruşur:

- Mənim Sizə bir sualım var. Ümid edirəm ki, bizi məyus etməyəcəksiniz. Sual belədir - Özbəkistan prezidenti kimdir?

Cavab: - Özbəkistan prezidenti...

Herman Cain 12 saniyə pauza edir və gülür. Oliver deyir:

- O vaxt deyirdiniz bunu yadda saxlamaq mümkün deyil. Ondan sonra da öyrənmədiniz?

Herman Cain'in cavabı belə olur:

- Əslində, axtarıb tapdım. Bir ara hətta yadımda da saxladım. Amma gündəlik işlətdiyim söz olmadığına görə yenə yadımdan çıxdı.

Hə, adama səmimiliyinə görə qiymət vermək lazımdır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG