Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:48

Prezidentin qol saatı… [VİDEO]


-

İlham Əliyevin qol saatı barədə prezidentin mətbuat xidmətinin dediklərinə jurnalistlər Zamin Hacı və Elçin Şıxlı münasibət bildiriblər.

Aprelin 24-də «Azadlıq» qəzeti bloqçu Vəfa Cəfərovanın prezidentin saatı ilə bağlı sosial şəbəkədə yaydığı fikirləri əsasında yazı dərc edib. Yazıda iddia olunur ki, prezidentin qolundakı saatın dəyəri 800 min dollardır və bu saatdan dünyada cəmi 30 ədəddir.

Azərbaycan prezidentinin mətbuat xidməti bildirir ki, əgər «Azadlıq» qəzeti prezidentin saatı barədə yazdıqlarına təkzib verib həm də dövlət başçısından üzr istəməsə qəzet məhkəməyə veriləcək. Mətbuat xidməti qəzetin təkzib və üzr istəməsi üçün 3 gün vaxtı olduğunu bildirmişdi.

Aprelin 25-də «Azadlıq» qəzeti İlham Əliyevin saatıyla bağlı məlumata təkzib verməyib. Qəzet sadəcə, izahat verib: «Prezidentin mətbuat xidmətinin təkzib etdiyi məlumatın mənbəyi redaksiya deyil. Məlumat bloqqer Vəfa Cəfərovanın bloqundan götürülüb».

Qəzet həmçinin bildirib ki, bu məlumatın dərcində heç bir qərəz güdməyib, yalnız onun maraqlılıq dərəcəsini nəzərə alıb.

Şərhləri göstər

XS
SM
MD
LG