Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 16:03

Valideynlərini itirmiş uşaqların təhsil haqlarını dövlət ödəyəcək


Azərbaycanda valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olunmuş uşaqlar ali və orta ixtisas təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alarkən onların təhsil haqqı dövlət tərəfindən ödəniləcək.

Trend-in məlumatına görə, bu, Milli Məclisdə (MM) «Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olunmuş uşaqların sosial müdafiəsinin gücləndirilməsi» haqqında qanuna ediləcək müvafiq dəyişikliyə əsasən olacaq.

Dəyişikliklər barədə qanun layihəsi parlamentin plenar iclasına tövsiyə olunub. Məlumatı Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG