Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:06
Oksford universitetinin alimləri dahi William Shakespeare-in həmmüəllifi olduğu qənaətinə gəlib.

Xəbəri BBC News yayıb.

William Shakespeare-in mətnlərinin linqvistik analizini həyata keçirən alimlər onun All's Well That Ends Well («Yaxşılıqla bitən hər şey yaxşıdır») pyesini şair Thomas Middletonla birgə yazdığını bildiriblər.

Alimlər mətndəki uyuşmazlığın və üslub fərqlərinin pyesin iki müəllif tərəfindən yazıldığı ucbatından yarandığını söyləyiblər.

Laurie Maguire adlı tədqiqatçı daha irəli gedib və pyesdə Shakespeare-in müasiri olan şair Thomas Middleton yaradıcılığına xas olan nüanslar ölçülər, üslub və orfoqrafiya özəllikləri tapıb.

Bundan başqa komediyada «ruttish» (red:ehtiraslı) sözünə rast gəlinib ki, bu sözə ancaq Middleton yaradıcılığında rast gəlmək olur.

Prosessor Maguire komediyanı iki müəllifin yazdığına tam inandığını bildirib. Onun fikrincə, XVI əsrin başlanğıcında iki müəlliflik çox geniş yayılmışdı.

Alimin qənaətincə, sadəcə Shakespeare-in məşhurluğu ucbatından Middleton-un həmmüəllifliyi barədə susublar.

Araşdırıcılar güman edirlər ki, dünya şöhrətli Shakespeare dramaturq John Fletcherlə də əməkdaşlıq edə bilərdi.

Xatırladaq ki, Thomas Middleton (1580-1627) Londonda yaşayıb.

O, «Qadınlar, özünüzü qadınlardan qoruyun» və «Gizli yerdəyişmə» adlı pyesləri ilə məşhurlaşıb.

Middleton Shakespeare-dən gənc olduğuna görə əsərlərində daha müasir orfoqrafiyadan istifadə edib.

1601-1608-ci illər arasında yazılan «Yaxşılıqla bitən hər şey yaxşıdır» pyesi də müasir orfoqrafiya ilə qələmə alınıb.
XS
SM
MD
LG