Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:37

Minski tərk edən səfirlər geri qayıdır


Fevralda Belarusu tərk edən Avropa Birliyi ölkələrinin səfirləri Minskə qayıdırlar. Çexiya, İsveç və Estoniyadan olan səfirlər bu həftənin sonunda Minskə dönəcək.

Avropa Birliyi ölkələrinin səfirləri Polşa səfirinin və Avropa Birliyi nümayəndəsinin ölkədən çıxarılmasından sonra Belarusu tərk etmişdilər. Onlar Polşa səfiri ilə həmrəy olduqlarını göstərmək üçün bu addımı atmışdılar.

Səfirlərin qayıtmasının Belarus prezidentliyinə keçmiş namizəd Andrey Sannikovun və onun nümayəndəsi Dmitri Bondarenkonun azad olunması bağlı olduğu bildirilir. Onlar aprelin 15-də azad olunublar.

Avropa Birliyi Belarusdakı bütün siyasi məhbusların azad olunmasını tələb edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG