Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:21

Gələn aydan «07» Azərbaycana buraxılmayacaq


Arxiv foto
Arxiv foto
Mayın 1-dən Rusiya istehsalı olan «VAZ-2107» markalı avtomobillərin Azərbaycana idxalı dayandırılacaq.

Bu barədə aprelin 25-də Gömrük Komitəsində keçirilən brifinqdə qurumun rəhbəri Aydın Əliyev deyib. Və artıq Rusiya hökumətinin məlumatlandırıldığını bildirib.

Qurum sədrinin sözlərinə görə, bu ilin oktyabrında «VAZ-21014» və «VAZ-21015» markalı avtomobillərin də Azərbaycana idxalına qadağa qoyulacaq: «Bu avtomobillərdə standartlara uyğun yeniliklər aparıldığı təqdirdə, bu maşınlar ölkəyə buraxıla bilər».

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin bu ilin fevral ayında verdiyi qərara əsasən, mayın 1-dən avtomobil nəqliyyat vasitələrində «ABS» əyləc sistemi və ən azı bir təhlükəsizlik yastığı olmayan avtomobillərin idxalına və istehsalına icazə verilməyəcək.

Bir neçə gün əvvəl Rusiyanın AvtoVaz şirkəti «Lada Riva» modelini istehsaldan yığışdırıb. Buna səbəb bu modelin satışının çox zəif olmasıdır. Bu ilin birinci rübündə satış 76 faiz azalıb.

Lada Rivalar «07» kimi tanınır. Adını isə 1982-ci ildə ilk dəfə buraxılan Jiguli «2107» modelindən götürüb.
XS
SM
MD
LG