Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:39

«Qız Qalası» III Beynəlxalq İncəsənət Festivalı keçiriləcək


Bakıda Heydər Əliyev Fondunun təşəbbüsü ilə ənənəvi «Qız Qalası» III Beynəlxalq İncəsənət Festivalı keçiriləcək. Ans Press-in məlumatına görə, Müasir İncəsənət Muzeyi, Qız Qalası Rəsm Qalereyası və «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən təşkil olunan festival 17-19 may tarixlərində gerçəkləşəcək.

YUNESKO-nun Dünya İrs Siyahısına daxil edilmiş və paytaxtımızın rəmzi hesab olunan Qız Qalasının dünyada tanıdılması məqsədilə Bakıda keçirilən incəsənət festivalında bu il 18 ölkədən tanınmış rəssamlar iştirak edəcək. Onlar öz milli üslublarında qalanın kiçik maketlərini naxışlarla bəzəyərək fərqli mədəniyyət və adət-ənənələrin sintezini və qarşılıqlı mübadiləsini əks etdirən əsərlər yaradacaqlar.
XS
SM
MD
LG