Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:19

Naxçıvanda aşpaz köməkçisi kursu açılıb


-

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisənsə, «Şərq qapısı» qəzetini oxu!

Sayı: 46 (20.451) 8 mart 2012


ÖTƏN İL SAHİBKARLIĞA KÖMƏK FONDU TƏRƏFİNDƏN 56 LAYİHƏYƏ 11 MİLYON 734 MİN MANAT VƏSAİT YÖNƏLDİLMİŞDİR

Sahibkarlıq mühüm çəkiyə malik olan, iqtisadi tərəqqinin daha sürətli xarakter almasına böyük töhfələr verən, bəzi hallarda isə bu tərəqqinin əsasına çevrilən fəaliyyət sahəsi kimi hər bir ölkənin ümumi inkişafında mühüm rol oynayır. Buna görə də «Naxçıvan Muxtar Respublikasının 2009 -2013-cü illərdə sosial – iqtisadi inkişafı Dövlət Proqramı»na uyğun olaraq sahibkarların normal fəaliyyəti üçün əlverişli biznes mühitinin formalaşdırılması, yeni istehsal və xidmət sahələrinin yaradılmasına diqqət getdikcə artır. Bütün bunlar digər istehsal sahələri ilə yanaşı, sənayenin inkişafına da müsbət təsirini göstərmiş, bu məqsədlə həyata keçirilən tədbirlər yüksək uğurlar qazanılmasına stimul olmuşdur. Belə tədbirlərin nəticəsidir ki, regionda ötən il sənaye məhsulunun həcmi əvvəlki illə müqayisədə 2 dəfə artaraq 680 milyon 921 min manata çatmışdır. Qeyd edək ki, istehsal olunan istehsal məhsulunun 92 faizi özəl sektorun payına düşmüşdür...

AŞPAZ KÖMƏKÇİSİ KURSU AÇILMIŞDIR

Naxçıvan Regional Peşə Tədris Mərkəzində «Aşpaz köməkçisi» kursu təşkil olunmuşdur. «Milli dəyərlər ili»ndə xalqımızın milli mətbəxinin daha geniş tanıdılması, ictimai iaşə müəssisələrində, turistlərə xidmət edən restoran və yeməkxana müəssisələrində gənc aşpazların hazırlanması kursun əsas məqsədlərindən biridir. Kursa muxtar respublikanın bütün regionlarından gəlmiş 13 müdavim cəlb olunmuşdur. İxtisaslı müəllimlərin tədris apardığı üç aylıq kursda müdavimlərə proqrama uyğun olaraq, kulinariya, yeyinti məhsullarının əmtəəşünaslığı, qida sanitariya və gigiyena fənləri, ingilis dili və digər ixtisaslar üzrə dərslər keçirilir. Kursun sonunda muxtar respublikanın qida sənayesi və yemək xidmətləri göstərən müəssisələrində istehsalat təcrübəsi də keçiriləcəkdir.

Qeyd edək ki, mərkəzdə muxtar respublikanın rayonlarından gəlmiş müdavimlərə gündə üç dəfə pulsuz yemək və yataq şəraiti də yaradılmışdır.

DİGƏR MƏQALƏ BAŞLIQLARI:


- Muğam – milli iftixar sənətimiz

- Qızlar arasında voleybol yarışı keçirilib

- Qadınlara musiqi hədiyyəsi

- Vasif Talıbov İran İslam Respublikasının Xarici İşlər naziri Əli Əkbər Salehi ilə görüşmüşdür

- Vasif Talıbov Türkiyə Respublikasının Xarici İşlər naziri Əhməd Davudoğlu ilə görüşmüşdür

Şərhləri göstər

XS
SM
MD
LG