Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:56

Yulia Timoshenko aclığa başlayıb


Ukraynanın həbsdə olan keçmiş baş naziri Timoshenko aclıq aksiyasına başlayıb.
Onun vəkili Vlasenko deyib ki, əslində Timoshenko aprelin 20-dən aclıq edir. Etiraza səbəb onun zorla xəstəxanaya aparılması olub.

"Yulia Timoshenko aclıq elan edib. Onun əlləri gömgöydür. Onun mədəsində böyük qansızma var".

Vlasenko deyir ki, Timoshenko ciddi xəstədir. Yataqdan qalxa bilmir. O, həbsxanada qanunsuzluğa etiraz edir.

Həbsxana rəhbərliyi isə Timoshenkonun dediklərini inkar edir. Rəsmilər bildirir ki, Timoshekonu xəstəxanaya aparnda tibbi işçilər onu yalnəz müşayət ediblər.
Xəstəxanada isə qalmaq istəməyəndə Timoshenkonu geri qaytarıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG