Keçid linkləri

2024, 20 May, Bazar ertəsi, Bakı vaxtı 00:06

Gürcüstan parlamentində deputatlar əlbəyaxa olub


APA-nın məlumatına görə, Gürcüstan parlamentinin iclasında qondarma “erməni soyqrımı”nın ildönümü ilə bağlı çıxış edən deputat Condo Boqaturiya parlamentin bu “soyqırımı”nı tanımaq barədə müzakirələr aparmasını təklif edib.

Bu zaman azərbaycanlı deputat Azər Süleymanov etiraz edib, Condo Boqatoriyaya cavab olaraq əlində tutduğu “Vazelin” qutusunu ona tullayıb. Bundan sonra deputatlar əlbəyaxa olublar.

İnsidentə müdaxilə edən gürcü deputat Kako Boqoxidze Condo Boqaturiyaya əl qaldırıb və onun bu hərəkətini “klassik təxribat” adlandırıb.

Parlamentin sədri David Bakradze deputatları sakitləşdirib.

Condo Boqaturiya parlamentdə azlıqda olan “Gürcü qrupu” Partiyasının lideridir
XS
SM
MD
LG