Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:30

Aktyor səhnədə səhvən intihar etdi


Səhnədəki tərəfdaşları bədbəxt hadisənin baş verdiyini gec anlayıblar.

Səhnədəki tərəfdaşları bədbəxt hadisənin baş verdiyini gec anlayıblar.

Şiələrin imam Hüseynin müsibətini anladan şəbeh tamaşaları kimi Latın Amerikasında da Pasxa zamanı İsa peyğəmbərin həyatının son günlərini təsvir edən pantomim tamaşaları çox populyardır.

Braziliyanın San Paulu ştatında göstərilən pantomim tamaşası zamanı İsa peyğəmbəri satmış İuda rolunu oynayan aktyor Tiaqo Klimek səhnədə səhvən intihar edib.

O 4 dəqiqə kəndirdən asılı qalıb.

Səhnədəki tərəfdaşları bədbəxt hadisənin baş verdiyini gec anlayıblar.

Xəstəxanaya çatdırılsa da, aktyor bir neçə gündən sonra vəfat edib.

Polis hadisənin səbəblərini araşdırır. Versiyalardan birinə görə, aktyorun əbanın altından geydiyi xüsusi jilet onun əynində sürüşüb.

Bu həmin jiletdir ki, özünü asarkən kəndirin onu boğmasına imkan verməməli idi.

Günün bütün mövzuları

XS
SM
MD
LG