Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:22

Macarıstan Nabuccodan çıxır


Macarıstan baş naziri Viktor Orban deyib ki, Macarıstan Neft-Qaz Kompaniyası (MOL) Avropa Birliyinin “Nabucco” layihəsindən geri çəkilir.

Orban Brüsseldəki çıxışında bildirib ki, “Nabucco”nun başı dərddədir”.

Az sonra MOL e-maillə məlumat yayıb ki, “Layihə ətrafında bəzi qeyri-müəyyənliklər hələ də qalıb ki, onlara məhəl qoymamaq çətindir”.

“Nabucco” Layihəsi Xəzər dənizi regionundan və mümkün olsa, Orta Şərq ölkələrindən qaz gətirməyi hədəf götürüb.

3900 km boru xətti ildə 31 milyard kub metr qaz ötürməklə Gürcüstan sərhədindən Avstriyaya qədər gələcək.

Lakin müzakirələr və beynəlxalq konfranslarla müşayiət olunan illər sonra tikinti işləri hələ də başlamayıb və “Nabucco” nümayəndələri potensial təchizat ölkələrilə heç bir müqavilə imzalamayıb.

Rusiyanın rəqib layihəsi – “Cənub Axını” “Nabucco”dan 2 dəfə artıq qaz daşıyacaq və bu ilin sonunda onun tikinti işləri başlamaqdadır.

MOL “Nabucco”nun 6 partnyorundan biri idi.
XS
SM
MD
LG