Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:04

Çempionlar Liqası: gözləntilər


Chelsea-Barcelona matçında yeganə qolun müəllifi Didier Drogba, London, 18 aprel2012

Chelsea-Barcelona matçında yeganə qolun müəllifi Didier Drogba, London, 18 aprel2012

UEFA Çempionlar Liqasında aprelin 24-25`də oynanılacaq qarşılaşmalarla Münhen finalında mübarizə edəcək komandalar müəyyənləşəcək.

Ötən həftənin çərşənbə axşamı günü, Çempionlar Liqasının son çempionu Barcelona Chelsea`yə “Stamford Bridge” stadionunda 0:1 hesabıyla məğlub olub.

Bir gün sonrakı qarşılaşmada isə La Liqa`da çempionluğa doğru gedən Real Madrid “Allianz Arena”da Bayern`ə qonaq oldu. Alman “nəhəngi” turnirin favoritləri sırasında göstərilən rəqibini 2:1 hesabıyla aşırtmağa bacardı.

Bu çərşənbə axşamı və çərşənbə günləri keçiriləcək revanş matçlarından nələri gözləməyə dəyər?

24 aprel. BARCELONA-CHELSEA

2009-ci ildən bu yana ilk dəfə üst-üstə oynadığı iki rəsmi matçı uduzan Barcelonanın enişdə olduğunu bəlkə də söyləmək mümkündür. Lakin Katalan “nəhəngi”nin sahəsindəki gücünü gözardı etməmək də lazımdır.

Pep Guardiola'nın “şagirdləri”, “El Clasico”da alınan məğlubiyyətlə birlikdə La Liqa`da çempionluq yarışından faktiki kənarlaşandan sonar, bu matça fərqli bir şəkildə konsentrə olacaqlar.

Chelsea ilk matçda yaxşı müdafiə olunurdu, ancaq qol vurmaq şansını da əldən buraxmırdı. “Camp Noud”a “zadəganlar”ın Barcelona təzyiqinə dözməsi çox çətin olacaq.

25 aprel. REAL MADRİD-BAYERN

Bunun qətiyyətlə çox çətin bir matç olacağını qeyd etmək lazımdır. İspaniya nümayəndəsinin bu mövsüm öz meydanında oynadığı matçlardaki performansı “Bayern”in işini çox çətinə salacaq.

“Barcelona” üzərində qələbə “Real”a çox böyük ruh yüksəkliyi verəcək. Açıq bir oyun olacağını və hər iki komandanın da qol vura biləcəyini qeyd etmək olar.

Günün bütün mövzuları

XS
SM
MD
LG