Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:42

Azərbaycanda aspirantlar üçün yaşayış evləri tikiləcək


«Azərbaycanda aspirantlar üçün xüsusi yaşayış evinin tikilməsi təklifinə hökumət müsbət rəy verib. Hazırda bununla bağlı yer seçimi və maliyyə məsələsi müzakirə olunur. Çox güman ki, bu məsələ müsbət həllini tapacaq».

APA-nın xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Mahmud Kərimov deyib.

M. Kərimov bildirib ki, hələlik əsas problem aspirantlar üçün tikiləcək binanın yerinin müəyyən olunmasıdır: «Təbii ki, bu Bakı ərazisində olacaq. İlk növbədə yüz ailənin evlə təmin olunması nəzərdə tutulur. Əsas bu işə başlamaqdır. Sonra iş davam etdiriləcək».

AMEA prezidenti qeyd edib ki, hazırda akademiya sistemində mənzilə ehtiyacı olan bütün mütəxəssisləri evlə təmin etmək mümkün deyil: «Təbii ki, onlar üçün həm yataqxana, həm də daimi yaşayış evləri olmalıdır. Hazırda mənzilə təkcə gənclərin deyil, yaşlı alimlərin də ehtiyacı var. Onların sayı yüzlərlədir».
XS
SM
MD
LG