Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:47

Natiq Əliyev ARDNŞ prezidenti olduğu dövrdə qanunsuz tikinti işlərinin aparılmadığını deyir


Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) keçmiş prezidenti, sənaye və energetika naziri Natiq Əliyev şirkətə məxsus torpaqlarda qanunsuz tikililər aparılması məsələsinə münasibət bildirib.

APA-nın xəbərinə görə, N. Əliyev ARDNŞ-a rəhbərlik etdiyi dövrdə şirkətə məxsus torpaqlarda qanunsuz tikintilər aparılmadığını bəyan edib.

«Bu qanunsuz evlərin mənim dövrümdə tikilməsi barədə səslənən fikirlər doğru deyil. Biz bununla məşğul olmamışıq. Mənim ARDNŞ prezidenti kimi sərəncamım olub ki, şirkətə lazımsız, qazma və hasilat işlərinin aparılmadığı torpaqlar Bakı Şəhər İcra Hakimiyyətinə verilsin. ARDNŞ-a məxsus torpaqlar vətəndaşlara bələdiyyələr tərəfindən verilibsə, bu o demək deyil ki, biz bu məsələdə iştirak etmişik» - deyə nazir qeyd edib.

ARDNŞ-ın daimi istifadəsinə ayrılmış sənaye təyinatlı torpaq sahələrində, eləcə də neft quyularının mühafizə zolağında tikilmiş qanunsuz evlərlə bağlı 15 minə yaxın iş hazırlanaraq məhkəməyə təqdim edilib. İndiyədək 2 444 iddia ərizəsi üzrə məhkəmə işi yekunlaşıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG