Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:11

«Eurovision»da aclıq edənlər, əhalinin artan gəlirləri, müxalifətlə görüşən səfirlər…


Mətbuat icmalı

Mətbuat icmalı

«Azadlıq» qəzeti AŞPA sədrinin Azərbaycana xəbərdarlıq etdiyini yazır: «AŞPA sədri Jan-Klod Minyon deyib ki, jurnalistin döyülməsi pislənməlidir. Mən dünya ictimaiyyətinə özünü müsbət tanıtmaq istəyən Azərbaycan rəsmilərini bu məsələlərdə daha diqqətli olmağa və qanun-qaydalara riayət etməyə çağırıram».

ƏHALİNİN GƏLİRLƏRİ ARTIB...

«Azərbaycan» qəzetini yazdığına görə, 2012-ci ilin birinci rübündə ölkə əhalisinin gəlirləri artıb, inflyasiya isə minimum səviyyədə qalıb. Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev deyib ki, bu müddət ərzində 0,5 faiz artaraq 12,3 milyard manata çatıb. ÜDM istehsalı qeyri-neft sektorunda 7,7 faiz artıb.

«EUROVİSİON»A ACLIQ AKSİYASI İLƏ BAŞLAYANLAR

«Bizim yol» qəzeti «Eurovision-2012» mahnı müsabiqəsi ərəfəsində vicdan məhbuslarının aclıq aksiyasına başlayacaqlarını bildirir. Qəzetin «Demokratiya naminə musiqi» kompaniyasına istinadən yazdığına görə, mahnı müsabiqəsinə gələn jurnalistlər və müğənnilər həbsxanalara dəvət olunacaqlar.

MÜXALİFƏT AKSİYASINDA QARŞIDURMA...

«Yeni Azərbaycan» İctimai Palatanın son aksiyasında dindarlarla AXCP üzvləri arasında qarşıdurma baş verdiyini yazır. Qəzet qeyd edir ki, insidentə AXCP rəhbərliyinin dindar qruplara verdiyi vədə əməl etməməsi səbəb olub. Belə ki, aksiyada iştirak edəcəkləri halda çıxış üçün dindar qruplara imkan veriləcəyi bildirilsə də sonradan onlara bu şərait yaradılmayıb.

SƏFİRLƏRLƏ GÖRÜŞ

«Yeni Müsavat» qəzetinin yazdığına görə aprelin 24-də xarici ölkələrin Azərbaycandakı səfirləri İctimai Palatanın liderləri ilə görüşəcək. Toplantıya İran səfirliyinin də nümayəndə göndərəcəyi bildirilir. Qəzet qeyd edir ki, müxalifətin son aksiyası diplomatik korpusun diqqət mərkəzindədir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG