Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:29

Azərbaycanın keçmiş dövlət katibi vəfat edib [VİDEO]


Aprelin 23-də gecə Azərbaycanın keçmiş dövlət katibi, akademik Midhət Abasov 85 yaşında vəfat edib.

Azərbaycan Milli Elmlər Akademiyasından (AEMA) AzadlıqRadiosuna verilən məlumata görə M. Abasovun cənazəsi bu gün saat 15-də evindən götürüləcək. O, ikinci Fəxri Xiyabanda dəfn olunacaq.

Midhət (Teymur oğlu) Abasov 1926-cı ildə Bakıda doğulub. 1949-cu ildə M. Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun neft-mədən fakültəsini bitirib . Texnika elmləri doktoru (1962), professor idi. 1980-ci ildən AMEA-nın həqiqi üzvü, 1984-cü ildən isə REA-nın müxbir üzvüdür.

1990-1997-ci illərdə AMEA-nın vitse-prezidenti, 1971-2003-cü illərdə isə AMEA Dərin neft-qaz yataqları İnstitutunun direktoru olub. 2003-cü ildən Geologiya İnstitutunun baş elmi işçisidir.

Azərbaycan Dövlət mükafatı laureatı, Azərbaycanın əməkdar elm xadimidir. Akademik İ.M.Qubkin adına mükafata layiq görülüb. Neft-qaz yataqlarının işlənilməsinin nəzəriyyəsi və təcrübəsi sahəsində tanınmış alimdir.

Midhət Abasov 1991-1992-ci illərdə Azərbaycanın dövlət katibi vəzifəsində çalışıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG