Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:23
«Anglo Asian Mining» şirkəti deyir ki, Ordubad mədənində qızıl aşkar edib. Şirkət Azərbaycanda qızıl istehsalını genişləndirmək üçün tapıntı ərazisində 2015-ci ilə qədər 300 min unsiyaya qədər qiymətli metal hasil etməyi planlaşdırır.
(Bir unsiya təxminən 30 qramdır).

«Bu tapıntı Ordubad ərazisində «Piyazbaşı» və «Ağyurt» yataqlarında 2010-2011-ci illərdə aparılmış tədqiqat işlərindən sonra təqdim olunur. Həmin işlərə sovet vaxtı başlanıb», şirkətin məlumatında deyilir.

«Anglo Asian Mining» qızıl istehsalına Gədəbəy rayonunda qızıl və mis şaxtalarında 2009-cu ildən başlayıb. Şirkət Gədəbəydən 37 ton qızıl çıxartmağı planlaşdırır.

«Tədqiqatın və geoloji kəşfiyyat işlərinin nəticələrinə dair ətraflı məlumat yaxın günlərdə veriləcək», şirkət qeyd edir.

«Anglo Asian Mining» Azərbaycanda qızıl istehsalını 2010-cu illə müqayisədə 2011-ci ildə 15 faiz azaldıb.

«Anglo Asian Mining»dəki mənbə yanvar ayında «Reuters» agentliyinə bildirmişdi ki, «azalmaya səbəb bəzi maliyyə problemləri olub, artıq o məsələlər həllini tapıb».

Şirkət Azərbaycanın qərbində 430 ton qızıl ehtiyatı olduğu bildirilən 7 mədəndə tədqiqat aparmağı nəzərdən keçirir.

Şirkətə «R.V. Investment Group Services» rəhbərlik edir. Səhmlərin 49 faizi Azərbaycan hökumətinə məxsusdur.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG