Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:50

Gəncədə açıq havada tamaşalar göstəriləcək


Dahi şair Nizami Gəncəvinin 870 illiyi ilə əlaqədar Gəncədəki Nizami poeziya teatrında bir sıra maraqlı tamaşalar hazırlanır.

Gəncə Dövlət Dram Teatrının direktoru Əli Qasımovun Azərtac-a verdiyi məlumata görə, açıq havada göstəriləcək ilk tamaşa şair Məmməd Alimin «Yeddi məhbusun şikayəti» olacaq.

Nizami Gəncəvinin əsərlərinin motivləri əsasında hazırlanmış digər tamaşalar üzərində də iş aparılır.

Teatrın direktoru onu da əlavə etmişdir ki, 2008-ci ildən qəzalı vəziyyətdə olan və bunun da nəticəsində fəaliyyətini dayandıran Nizami poeziya teatrı artıq yüksək səviyyədə təmir edilmiş və hər cür şəraiti olan mədəniyyət ocağına çevrilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG