Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 17:53

Obama hər zaman İsrailin yanında olacaqlarına söz verir


ABŞ hər zaman İsrailin yanında olacaq və heç vaxt onun təklənməsinə imkan verməyəcək. ABŞ Prezidenti Barack Obama Vaşinqtonda Holokost Muzeyindəki çıxışında belə deyib.

“Ona görə də sionizmi rasizmlə eyniləşdirmək cəhdlərinə, beynəlxalq aləmdə İsraili ədalətsiz qətnamələrlə tədric etmək istəklərinə, İsrail dövlətini legitimsizləşdirmək səylərinə qarşı çıxırıq. Nə qədər ki, İran qlobal təhlükəsizliyi hədələyir, Holokostu danır və İsraili məhv etmək istədiyini bəyan edir, ABŞ İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün əlindən gələni edəcək”.

Barack Obama 2-ci Dünya savaşı zamanı baş verənlərin təkrarlanmamağı üçün dünya təhlükəsizliyinə böyük hədə olan Suriya və İrana qarşı yeni sərt sanksiyalar paketini imzaladığını bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG