Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 22:06

Avropa İttifaqı hakimiyyəti İdrak Abbasovun döyülmə faktını araşdırmağa çağırdı


Avropa İttifaqı Azərbaycan hakimiyyətini jurnalist İdrak Abbasovun döyülmə faktını araşdırmağa və günahkarları məhkəmə prosesinə cəlb etməyə çağırır.

Bu haqda Avropa İttifaqının Bakı Nümayəndəliyinin yaydığı bəyanatda deyilir.

Qurum eyni zamanda, hakimiyyəti jurnalistlər üçün təzyiq və hədə-qorxudan azad işçi mühitini təmin etmək yönündə bütün lazımi tədbirləri görməyə çağırır.

Bəyanat müəllifləri Sulutəpədə evlərin sökülməsinin çəkilişi zamanı «Zerkalo» qəzetinin, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun əməkdaşı İdrak Abbasovun döyülməsini pisləyir. Təəssüflə vurğulayır ki, son hadisə Azərbaycanda jurnalistlərin təzyiqlə üzləşməsinin daha bir nümunəsidir:

«Bu, media azadlığını təmin etmək üçün ölkənin götürdüyü öhdəliklərə ziddir».
İdrak Abbasov Sulutəpədə evləri sökülən sakinlərlə bağlı reportaj hazırlayarkən xəsarət alıb. Bir neçə gündür ki, müalicə alır.

Daxili İşlər Nazirliyi hadisə ilə bağlı araşdırma apardığını bildirir.

İdrak Abbasov özü isə aprelin 23-də AzadlıqRadiosuna deyib ki, bədənindəki ağrılar səngimir:

«Bu gün baş həkim də, müavini də mənə baxdı. Dedilər ki, ağrıların qalması təbiidir. Çünki müxtəlif qırıqlar, beyin silkələnməsi və ciddi travmalar var».
XS
SM
MD
LG