Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:22

Hacıbala Səfərovun 20-liyə keçməyən şeirləri


Hajibala Safarov
Hajibala Safarov
Bu şeirlər “Ədəbi Azadlıq-2012” Milli Müsabiqəsinin münsiflərindən bal alsa da, bu, 20-liyə keçmək üçün kifayət etməyib.


Hacıbala Səfərov


Şeirlər


***


Mən sadəcə demək istəyirəm ki,
çox darixmisam.
Indi bunu yazan əllərim,
soyuqdan əsən ayaqlarim,
bir az zəifləyən gözlərim,
sənin zərif səsini ugultu ilə
esidən qulaglarim da
darixib sənin üçün.
Darixmaq-acliq kimi bir seydir.
Darixmaq-küləyi qucaqlamaq,
yagisla sevismək,
qarla yanbayan oturub,
sənə mahni oxumaq kimi bir seydir.
Darixmaq-saat tiqqiltisi ilə
səndən daha da uzaqlasdigimi anlamaqdi.
Darixmaq-əslində bos bir seydir.
Sevgilimi düsünmək üçün
uydurdugum möhtəsəm yalan.


***


Stolun bir kənarında,
evin bir küncündə,
küçələrin zibil qablarında,
lənətə gəlmiş dünyanın bir yerində
saatlarca oturub, sadəcə,
səni sevdim.

pianonun dili olub
səni şopen sandım,
bir qağayı olub
səni dəniz sandım,
özümü bir nöqtə hiss edib
"səni sevirəm" cümləsinin
sonunda sandım.

İndi bütün gülüşlər,
baxışlar və görüşlər
dadsız bir sən dadır.

Ayrılıq var yataqda.
Ayrılıqla sevişib,
ayrılıqla yatacam.
Səhər yuxudan durub
daha bir bənd yazacam:
Ayrılıqla yataraq,
sadəcə,
səni sevdim!

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG