Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:50

Amerika Yayım Şurası XƏdicə İsmayılova ilə bağlı rəsmi Bakıya vədini xatırladır


Mən Amerika Yayım Şurası (BBG) - nin adından Azərbaycan hakimiyyətini Azadlıq Radiosunun əməkdaşı Xədicə İsmayılovaya qarşı hücumun təşkilatçılarını tapmaq və cəzalandırmaqla bağlı verdikləri vədə hörmət etməyə çağırıram.

ABŞ Yayım Şurasının üzvü, Gubernator Dennis Mulhaupt Mayamidə keçirilən toplantıda belə deyib.

Onun sözlərinə görə, Yayım Şurası Xədicə İsmayılovanı qorxutmaq üçün əl atılan yolları pisləyir və May ayının 3-də, Beynəlxalq Mətbuat Azadlığı Günü ərəfəsində bu hadisə jurnalistlərin hələ də şantaj, qorxutma, hədələmə və zorakılıqla üzləşdiyinə dair tükürpərdici nümunədir.

AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayılova mart ayının əvvəlində peşə fəaliyyəti ilə bağlı şantaj edilmiş, sonra isə onun şəxsi həyatına dair videogörüntülər internetə yerləşdirilmişdi.

Beynəlxalq qurumlar tərəfindən çoxsaylı tənqidlər və müraciətlərdən sonra faktla bağlı cinayət işi açılıb.
XS
SM
MD
LG