Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:08

Birmada müxalifət yerindən imtina edir


Birmanın parlamentə əlavə seçkini udan müxalifət partiyası parlament andiçmə mübahisəsinə görə öz yerlərindən imtina edib.

Aung San Suu Kyi və onun partiyası istəyir ki, andiçmənin sözləri dəyişdirilsin. Onlar "konstitusiyanı müdafiə edirik" əvəzinə "konstitusiyaya hörmət edirik" söyləmək istəyirlər.

Müxalifət hesab edir ki, mövcud konstitusiya qeyri-demokratikdir.

Bu ərəfədə Avropa Birliyinin Birmaya ölkədəki demokratiya probleminə görə nəzərdə tutduğu yeni sanksiyaları təxirə salacağı gözlənir.

Prezident Thein Sein aprelin 22-də deyib ki, o, demokratiya kursundan imtina etmir, amma parlament andiçməsinə dəyişikliyi dəstəkləməyəcək.
XS
SM
MD
LG