Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:56

Azərbaycanda rəqəmli radio yayıma başlanıb


Azərbaycanda ilk dəfə rəqəmli radio yayıma başlanıb. Yayımı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tətbiq edib. Nazirliyin məlumatına görə, Bakı şəhəri və Abşeron yarımadasında 105.0 Mhs-də analoq FM yayımı ilə eyni tezlikdə HD formatında respublika və İctimai Radionun proqramları yayımlanmağa başlayıb.

HD radio yayıma keçidin əsas məqsədi radio proqramlarının qəbul keyfiyyətinin yüksəldilməsi, tezliklərdən səmərəli istifadə edilməsi və radio proqramla yanaşı dinləyicilərə əlavə olaraq mətn və qrafik məlumatların ötürülməsi imkanlarının yaradılmasıdır.

HD radio proqramları HD radioqəbuledicilər vasitəsilə, eləcə də son bir neçə ildə istehsal olunan avtomobillərdə qəbul etmək mümkündür.
XS
SM
MD
LG