Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:15

Bakıda daha bir yol təmirə bağlanıb


Bakıda daha bir yol təmirə bağlanıb. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, aprelin 22-də gecə saatlarından Həsən bəy Zərdabi küçəsinin Qələbə dairəsindən 20 Yanvar metrostansiyasına gedən hissəsi istilik xətlərinin dəyişdirilməsi səbəbindən bağlanıb.

Vaqif Əsədov deyib ki, Həsən bəy Zərdabi küçəsində 78 saylı binanın qarşısından 80 saylı binanı keçməklə Dövlət Sosial Müdafiə Fondunun inzibati binasının qarşısından Talıblı küçəsinin kəsişməsinədək hissəsində qazıntı işləri aparılır.

Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.

Vaqif Əsədov bildirib ki, qısa müddətdə yolda təmir-tikinti işləri başa çatdırılacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG