Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:31

Batumidə 47 mərtəbəli “Trump Tower" tikiləcək


ABŞ-ın iş adamı Donald Trump Qara dəniz sahillərində bahalı mənzil kompleksi tikmək üçün Gürcüstan prezidenti Mikhail Saakashvili ilə görüşüb. O, prezidentə yeni kompleksin layihəsini təqdim edib.

"Silk Road Group"u (İpək Yolu Qrupu) Batumidə 47 mərtəbəli "Trump Tower"in (Trump Qülləsi) tikilməsini planlaşdırır.

Tikinti 2013-cü ildə başlayacaq.

Ölkənin iqtisadi inkişaf naziri Vera Kobalia deyib ki, bu layihə daha çox xarici investoru cəlb edəcək.

Saakashvili prezident seçildiyi 2004-cü ildən bəri ölkədə iqtisadi artım müşahidə olunur.

Amma son illərdəki qlobal böhran və 2008-ci ildəki Rusiya ilə qısa müddətli müharibə ölkə iqtisadiyyatına mənfi təsir göstərib.

Günün bütün mövzuları

XS
SM
MD
LG