Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:39
Aprelin 23-dən Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası işə başlayır. «Ərəb yazı»nın təsiri sessiyanın əsas müzakirə mövzusu olacaq. Bu barədə AŞ-nın rəsmi internet səhifəsi məlumat yayıb.

Bundan əlavə gündəlikdə Aralıq dənizində insan ölümləri, Avropa İnsan Hüquqları Məhkəməsinə hakimlərin seçilməsi, idmanda etika və onun səmərəli idarə olunması, media və internetdə informasiya və ifadə azadlığı, maliyyə və iqtisadi böhran dövründə pensiyaların məbləğinin aşağı salınması, Şimali Qafqazda məcburi köçkünlərin vəziyyətinin müzakirəsi yer alıb.

Həmçinin dövlət rəsmiləri və siyasi xadimlərin çıxışları da nəzərdə tutulub.

Yaz sessiyası çərçivəsində AŞPA sədrinin məruzə ilə çıxış edəcəyi, assambleyanın vitse-prezidentlərinin seçiləcəyi, Nazirlər Komitəsi sədrinin hesabat verəcəyi gözlənir.

Azərbaycanı Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun başçılıq etdiyi deputat qrupu təmsil edəcək.

Yaz sessiyası aprelin 27-dək davam edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG