Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:49

Fransada seçicilərin fəallığı gözləndiyindən yüksək olub


Fransada keçirilən prezident seçkisində fəallıq gözlənildiyindən yüksəkdir.

Günün yarısınadək seçkidə 28 faiz seçici iştirak edib.

Prezidentlik uğrunda 10 namizəd mübarizə aparır.

Seçkinin birinci mərhələsinin nəticələri bu gün axşam bəlli olmalıdır.

Rəy sorğusunun nəticələrinə görə, Indiki prezident Nikolas Sarkozy ilə Sossialist partiyasının lideri Fransua Ollandın (Francois Hollande) birinci mərhələdə qələbəyə şansları demək olar ki, eynidir, 26-28 faiz.

Seçicilərin 25 faizə yaxını bildirib ki, hər iki əsas namizəd mövcud problemləri həll etmək iqtidarında olmadığından seçkidə iştirak etmək fikrində deyillər.

Seçkinin ikinci mərhələsi mayın 6-da keçiriləcək.

İyunda isə Fransada parlament seçkisi keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG