Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:49

Yəmənində yaraqlıların mövqei havadan bombalanıb


Yəmənin Loder şəhərində yaraqlıların mövqeləri havadan bombalanıb.

Azı 17 adamın öldüyü və onların yaraqlılar olduğu təxmin edilir.

Müdafiə Nazirliyinin saytında gedən məlumata görə, son 3 gün ərzində ölkənin cənubunda keçirilmiş bu cür reydlər nəticəsində 57 radikal islamçı öldürülüb.

Reydlərin ABŞ-ın pilotsuz təyyarələri və ya Yəmən ordusu tərəfindən hıyata keçirilməsi hələlik bəlli deyil.

Əl Qaidə yaraqlıları ölkənin cənubunda mövqelərini möhkəmləndirmək üçün Loder şəhərini ələ keçirməyə cəhd göstərirlər.

Ölkənin cənubundakı bir neçə rayon ötən ilin yayından yaraqlıların nəzarətindədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG