Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:37

İraqın baş naziri Nuri al Maliki İranda səfərdədir


İraqın baş naziri Nuri al Maliki İrana ikigünlük səfərə gedib.

Səfər İranın nüvə proqramıyla bağlı mayda Bağdadda keçiriləcək danışıqlara hazırlıq məqsədi daşıyır.

Nuri al Maliki prezident Mahmud Ahmadinejad, parlamentin sədri Ali Laricani və nüvə danışıqlarında İran nümayəndə heyətinin rəhbəri Said Jaliliylə görüşəcək.

Səfər zamanı iki ölkə arasında iqtisadi əməkdaşlıq, regional təhlükəsizlik və Suriyadakı vəziyyət də müzakirə olunacaq.

Bu son 2 ildə Nuri al Malikinin İrana ilk səfəridir.

Günün bütün mövzuları

XS
SM
MD
LG