Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:37

Bəhreyndə polislə aksiyaçılar arasında toqquşmalar olub


Örən gecə Bəhreyndə “Formula 1” yarışının açılışına bir neçə saat qalmış polislə yarışa qarşı çıxan nümayişçilər arasında toqquşmalar olub.

Polis kütləni dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Nümayişçilər rədd olsun kral Hamad bin İsa al Khalifa şuarları səsləndiriblər.

Onlar həmçinin fevraldan aclıq edən tanınmış şiə fəalı Abdulhadi al Havainin azad edilməsini tələb ediblər.

Əhalisinin əksəriyyəti şiələr olan Bəhreyni sünni sülaləsi idarə edir.

Cümə günü polislə toqquşmalarda 1 aksiyaçı ölüb.
XS
SM
MD
LG