Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:33

V. Talıbov əhalinin daha sağlam heyvan mənşəli məhsullarla təmin edilməli olduğunu deyib


-

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisənsə, «Şərq qapısı» qəzetini oxu!

Şərq qapısı
06.03.2012
Sayı: 44(20.44)
ƏRTAF MÜHİTİN MÜHAFİZƏSİNƏ DİQQƏT GETDİKCƏ ARTIR
Ölkəmizdə ətraf mühitin mühafizəsi, insanların sağlam təbii mühitdə yaşaması və təbii sərvətlərdən səmərəli istifadə olunması həyata keçirilən uğurlu sosial – iqtisadi islahatların mühüm tərkib hissəsidir. Bu siyasətin təməli ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Bu gün həmin ekoloji konsepsiyaya uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizin ekoloji durumunun sağlamlaşdırılmasına xüsusi diqqət göstərilir. Ölkə rəhbərinin sədrliyi ilə ekoloji problemlərin müzakirəsinə həsr olunmuş müşavirənin keçirilməsi, ətraf mühitlə bağlı Dövlət proqramlarının qəbul edilməsi, fərman və sərəncamların imzalanması ekoloji məsələlərin həllinə verilən əhəmiyyətin parlaq nümunəsidir.
Ölkəmizdə insanların sağlamlığına, sosial rifah halının yüksəldilməsinə daim xüsusi diqqət və qayğı göstərən ölkə başçısı cənab İlham Əliyev demişdir: «İndi ölkənin maddi imkanları artır. İlk növbədə biz bundan istifadə edib onu insanlarımızın yaxşı yaşamasına yönəltməliyik».
SAHİBKARLARLA İŞGÜZAR GÖRÜŞ KEÇİRİLMİŞDİR
Martın 5-də «Duzdağ» hotelinin tədbirlər zalında Naxçıvan muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun muxtar respublikada fəaliyyət göstərən sahibkarlarla işgüzar görüşü keçirilmişdir.
Ümummilli liderimiz Heydər Əliyevin «Sahibkarlığın inkişaf etdirilməsi, sərbəst iqtisadiyyata yol verilməsi, bazar iqtisadiyyatının yaradılması bizim strateji yolumuzdur» fikrini xatırladan Ali Məclisin Sədri demişdir: «Bu yol ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Artıq bir neçə ildir ki, muxtar respublikada enerji sektorunda həyata keçirilən tədbirlər yeni istehsal müəssisələrinin yaradılması üçün geniş imkanlar açıb. Bu gün qarşıda duran əsas vəzifələrdən biri ərzaq təhlükəsizliyinin təmin olunmasıdır».
Ali Məclisin Sədri demişdir ki, əhalinin daha sağlam və keyfiyyətli heyvan mənşəli məhsullarla təmin olunmasını təşkil etmək, eləcə də bu sahədə məhsuldarlığın yüksəldilməsini təmin etmək məqsədilə İqtisadi İnkişaf Nazirliyi tərəfindən iri heyvandarlıq və quşçuluq təsərrüfatlarının yaradılması bundan sonra da diqqət mərkəzində saxlanılmalıdır.
DİGƏR MƏQALƏ BAŞLIQLARI:
- Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş idman yarışları
- «Milli dəyərlər ili»ndə qarşıda duran vəzifələr müzakirə olunub
- Magistratura təhsil pilləsinə qəbul imtahanının birinci mərhələsi keçirilmişdir
XS
SM
MD
LG