Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:19

Fransada prezident seçkisi keçirilir


Fransada prezident seçkisinin birinci mərhələsi keçirilir.

Seçkidə iştirak etmək üçün 44 milyon yarıma yaxın seçici qeydə alınıb.

Prezidentlik uğrunda 10 namizəd mübarizə aparır.

Nəticələr bu gün axşam bəlli olmalıdır.

Rəy sorğusunun nəticələrinə görə,

Indiki prezident Nikolas Sarkozy ilə Sossialist partiyasının lideri Francois Hollande birinci mərhələdə qələbəyə şansları demək olar ki, eynidir.

Seçicilərin 25 faizə yaxını bildirib ki, hər iki əsas namizəd mövcud problemləri həll etmək iqtidarında olmadığından seçkidə iştirak etmək fikrində deyillər.

Seçkinin ikinci mərhələsi mayın 6-da keçiriləcək.

İyunda isə Fransada parlament seçkisi keçiriləcək.
XS
SM
MD
LG