Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:27

Suriyada 30 müxalifət fəalı həbsdən azad edilib


Suriya hakimiyyəti hökumət əleyhinə nümayişlər zamanı həbs edilmiş 30 nəfəri azad edib.

Bu barədə rəsmi SANA agentliyi xəbər verir.

Agentlik ötən ilin noyabrından bu yana 4 min nəfərin azad edildiyini bildirir.

BMT- və Ərəb Dövlətləri Liqasının Suriya üzrə xüsusi elçisi Kofi Annanın təklif etdiyi sülh planında həbs edilmiş mütün fəalların azad edilməsi nəzərdə tutulur.

Sülh planı aprelin 12-dən qüvvəyə minib.

BMT-nin müşahidəçiləri şənbə günü Homs şəhərinə baş çəkiblər.

Yerli fəallar şənbə günü şəhərdə atəşin dayandırıldığını deyirlər.

Onların sözlərinə görə, təkcə cümə günü Homsda 10 nəfər öldürülüb.

Şənbə günü BMT-nin təhlükəsizlik şurasında Suriyadakı beynəlxalq müşahidəçilərin sayının artırılmasıyla bağlı səsvermə gözlənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG