Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 08:48

Bir qrup tələbə İstanbulda aksiya keçirib


-
Türkiyədə təhsil alan bir qrup azərbaycanlı tələbə aprelin 20-də İstanbulda Qalatasaray liseyinin qarşısında aksiya keçirib.

Bu barədə AzadlıqRadiosuna Türkiyədə təhsil alan, Müsavat Gənclər Təşkilatının üzvü Mətin Nağıyev məlumat verib.

Aksiya zamanı Azərbaycandakı siyasi məhbusların azadlığa buraxılması tələbləri səslənib. Bundan başqa, Bakıda gedən proseslərin, müxalifətin keçirdiyi etiraz aksiyalarının işıqlandırılması üçün Türkiyə mediasından dəstək istənilib.

Azərbaycan hakimiyyəti ölkədə siyasi məhbusların olmasını inkar edir.
XS
SM
MD
LG