Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:44

Avropa Şurasının baş katibi İdrakın döyülməsinə münasibət bildirdi


Thorbjorn Jagland

Thorbjorn Jagland

««Eurovision» musiqi müsabiqəsinin şöhrəti və cazibəsi Avropa İnsan Hüquqları Konvensiyasından irəli gələn öhdəliklərə riayət olunmamasını kompensasiya edə bilməz».

«Turan» İnformasiya Agentliyinin məlumatına görə, bu fikirləri Avropa Şurasının baş katibi Thorbjørn Jagland jurnalist İdrak Abbasovun döyülməsinə münasibət bildirərkən deyib. Baş katib Azərbaycanda jurnalistlərə basqıları pisləyib:

«Bu yaxınlarda Dövlət Neft Şirkəti əməkdaşlarının jurnalistlərə hücumu Azərbaycanda söz azadlığının təhlükədə olmasına daha bir dəlildir. Hakimiyyət təkcə təqsirkarların müəyyən edilməsi və məsuliyyətə cəlb edilməsi üçün deyil, həm də jurnalistlərin fiziki cəhətdən təhlükə hiss etmədən işlərini yerinə yetirə bilmələri üçün əlindən gələni etməlidir. Bu şərtlərin yerinə yetirilməməsi ölkənin insan hüquqlarına və əsas azadlıqlara hörmətlə bağlı nüfuzunu daha çox şübhə altına qoyacaq. «Eurovision» musiqi müsabiqəsinin şöhrəti və cazibəsi Avropa İnsan Hüquqları Konvensiyasından irəli gələn öhdəliklərə riayət olunmamasını kompensasiya edə bilməz. Mən Azərbaycan hakimiyyətini təklifimizi qəbul etməyə, qanunvericiliyin bütün üzv dövlətlərə irəli sürülən standartlara uyğunlaşdırılması üçün Avropa Şurasının ekspert dəstəyindən istifadə etməyə çağırıram», - deyə Jagland bildirib.

Aprelin 18-də Bakının Sulutəpə qəsəbəsindəki evlərin sökülməsini videoya çəkən jurnalist İdrak Abbasov və «Yeni Müsavat» qəzetinin əməkdaşı Günay Musayeva SOCAR Mühafizə Xidmətinin geyimində olan şəxslər tərəfindən döyülüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG