Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:20
ABŞ-la Azərbaycan iqtisadi islahatlar, energetika, Xəzər regionunda enerji təhlükəsizliyinin təmin edilməsi, maliyyə, ticarət, investisiya və yeni birgə təşəbbüslər sahəsində strateji dialoqu dərinləşdirməkdə maraqlı olduqlarını bildiriblər.

Bu barədə Dövlət Departamentinin məlumatında bildirilir.

Aprelin 18-də ABŞ-Azərbaycan İqtisadi Tərəfdaşlıq Komissiyasının Vaşinqtonda keçirilən 3-cü iclasında tərəflər, xüsusilə Azərbaycanın qeyri neft sektoru və onun qlobal enerji təhlükəsizliyi sahəsində artan rolunu müzakirə edib, bu yöndə əməkdaşlığı davam etdirmək qərarına gəliblər.

Toplantıda Azərbaycanda uçuşların təhlükəsizlik səviyyəsini 1-ci dərəcəyə çatdirmaq üçün, tərəflər arasında xüsusi razılaşma da imzalanıb.

Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası ilə ABŞ-ın Ticarət və İnkişaf Agentliyi arasında imzalanmış sənəddə gələcəkdə 2 ölkə arasında birbaşa hava reysi açılması, habelə biznes, kommersiya və turizm əlaqələrinin genişləndirilməsi nəzərdə tutulur.

Tərəflər həmçinin Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına daxil olması,
Əfqanıstanda sülh və sabitliyin təmin edilməsi, habelə regional iqtisadi inteqrasiyanın inkişafı sahələrində əməkdaşlığı davam etdirmək qərarına gəliblər.
XS
SM
MD
LG