Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:52

Azərbaycan əhalisinin sayı 9 milyon 264 min nəfəri keçib


Bu il aprel ayının 1-i vəziyyətinə Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 29.1 min nəfər və ya 0.3% artaraq 9 milyon 264.2 min nəfərə çatıb.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, əhalinin 49.6%-ni kişilər, 50.4%-ni isə qadınlar təşkil edir. 22%-i 0-14 yaşda, 72%-i 15-64 yaşda, 6%-i 65 və yuxarı yaşda olanlardır».

Hazırda hər 1 000 nəfər kişiyə 1 015 nəfər qadın düşür.

Cari ilin ilk 3 ayı ərzində Azərbaycanda 43.1 min körpə doğulub. Doğulanların 53.8%-i oğlanlar, 46.2%-i isə qızlar olub.

Hesabat dövründə ölkədə 14.4 min ölüm halı qeydə alınıb.
XS
SM
MD
LG