Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:34

Pakistanda baş vermiş təyyarə qəzasında 127 adam ölüb


Son rəsmi məlumata görə, Pakistanda baş vermiş təyyarə qəzasında 127 adam ölüb.

Mülki aviasiya xidmətinin nümayəndəsi bildirib ki, qəzadan sağ çıxan olmayıb.

Təyyarədə 121 sərnişin və 6 heyət üzvü olub.

İslamabaddan Karaçiyə uçan Boeing-737 təyyarəsi şimşəkli hava şəraitində yerə enərkən qəzaya düşüb və dərhal da yanıb.

Qəzanın baş verdiyi ətraf qəsəbədən xəsarət alan olmayıb.

Təyyarə 10 ildir ki, istismardadır.

Təyyarənin məxsus olduğu yerli Bhoja Air şirkəti maliyyə çətinliyinə görə xeyli vaxt imiş ki, fəaliyyətini dayandırıbmış.
XS
SM
MD
LG