Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:47

«Eurovision» şoularına biletlərin kassa satışı başlayır


«Bakı Kristal Zalı»

«Bakı Kristal Zalı»

May ayında «Bakı Kristal Zalı»nda «Eurovision» Mahnı Müsabiqəsinin 6 şousu keçiriləcək.

eurovision.az saytı xəbər verir ki, bunlardan 3-ü televiziya ilə canlı yayımlanacaq.

«Eurovision»un Bakı şousunda iştirak etmək üçün tamaşaçılar biletləri Bakıdakı kassalardan da ala biləcəklər.

Aprelin 23-dən etibarən Bakıda «Eurovision» Mahnı Müsabiqəsinin yarımfinallarına (22 və 24 may), yarımfinalların əsas məşqlərinə (21 və 23 may) və final şousunun əsas məşqinə (25 may) biletlərin vauçerlərinin kassa satışı başlayacaq. Satış paytaxtdakı 6 kassada həyata keçiriləcək.

Biletlər adlı olacaq və hər bir bilet bir şəxsin adına sənədləşdiriləcək.

Azərbaycanda yaşayan əcnəbilər üçün bilet satışı xarici pasportla aparılacaq. Hər bir şəxs maksimum 10 bilet ala bilər.

Kassalarda və ya online sistemlə alınmış vauçerlər may ayının ikinci yarısından etibarən şəxsiyyəti təsdiqləyən sənəd əsasında biletlərə dəyişdiriləcək.

«Eurovision» Mahnı Müsabiqəsinin iki yarımfinal şousunun biletləri 90-150 AZN, onların əsas məşqlərinin biletləri 30-50 AZN, final şousunun əsas məşqinin biletləri isə 60-100 AZN arasındadır.

«Eurovision» Mahnı Müsabiqəsinin mayın 26-da keçiriləcək final şousuna isə milli kvota üzrə ayrılmış biletlərin hamısı satılıb.

Şərhləri göstər

XS
SM
MD
LG