Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:34

Ramil Usubov: «Eurovision» zamanı təhlükəsizlik tam təmin olunacaq


Ramil Usubov

Ramil Usubov

«Şəxsiyyət əleyhinə olan cinayətlərin sayı təxminən 5 faiz azalıb».

Daxili İşlər Nazirliyinin məlumatına görə, bunu aprelin 20-də Daxili İşlər Nazirliyində keçirilən kollegiya iclasında nazir Ramil Usubov deyib.

Nazir «Eurovision 2012» mahnı müsabiqəsinin təhlükəsizliyi məsələsinə də toxunub. O, yarışma zamanı ictimai təhlükəsizliyin etibarlı təmin olunması üçün bütün zəruri tədbirlərinin görüləcəyini deyib:

«Qonaqların ölkədə hərəkət marşrutları, paytaxtda qalacaqları, istirahət edəcəkləri, gəzintiyə çıxacaqları yerlərdə ictimai qaydanın nümunəvi qorunması və ictimai təhlükəsizliyin etibarlı təmin olunması üçün bütün zəruri tədbirlər görüləcək».

Mülkiyyət əleyhinə törədilən cinayətlərdən danışan Baş Cinayət-Axtarış İdarəsinin rəis müavini Arzu Daşdəmirov deyib ki, ötən il mülkiyyət əleyhinə 1310 cinayət törətmiş 495 cinayətkar qrup və dəstə zərərsizləşdirilib. O, mülkiyyət əleyhinə cinayətlərin açılmasının 10 faiz yaxşılaşdığını bildirib.

Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi Həzi Aslanov isə deyib ki, narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar 131 nəfərdən ibarət 50 cinayətkar qrup və dəstə zərərsizləşdirilib. 2011-ci ildə 295 nəfər, o cümlədən 3 əcnəbi cinayət məsuliyyətinə cəlb olunub.
XS
SM
MD
LG