Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:07

Alman redaktor tənqidlərə cavab verdi


Mətbuat icmalı
Mətbuat icmalı
«Rəsmi mətbuatınızın Almaniya barəsində yazdıqlarını gülünc hesab edirəm».

Bu fikirləri «Bizim yol» qəzetinə müsahibəsində Almaniyanın «Stern» jurnalının redaktoru Jens Meyer deyib. Onun fikrincə, Azərbaycanda insan haqlarını eşidən yoxdur:

«Ölkənizdə kiçik bir təbəqə var ki, onlar hər şeylə təmin olunublar, istədiklərinə nail olurlar, yolları açıqdır. Amma insanların böyük bir qismi bu haqlara sahib deyillər. Bu, məni şəxsən narahat edən faktdır…».

«Azadlıq» qəzeti isə yazır ki, «Azərbaycan məmurlarına sanksiya tətbiq edilə bilər». Qəzet Almaniyadan qayıdan İnsan Hüquqları Cəmiyyətinin rəhbəri Rəsul Cəfərova istinadən belə yazır. Cəmiyyət rəhbəri aprelin 16-dan 19-a kimi Almaniyada səfərdə olub. Almaniyanın Xarici İşlər Nazirliyində, kanslerin dəftərxanasında görüşlər olub.

Rəsul Cəfərovun dediyinə görə, Almaniyanın İnsan Haqları komissarı Markus Löninq bildirib ki, «Azərbaycanla bağlı narahatlıq təkcə alman mətbuatının yox, həm də rəsmi Berlinin mövqeyidir»…».

«İsrailli nazirin Bakıya səfərin kim deşifrə edib?». «Yeni Müsavat» qəzeti yazır ki, İsrailin İzRus portalı bu ölkənin xarici işlər nazirinin səfəri barədə Azərbaycan KİV-lərinin məlumat yaymasından təəccüblənib.

İsrailin xarici işlər naziri Aviqdor Liberman
İsrailin xarici işlər naziri Aviqdor Liberman
«Razılaşdırılmışdı ki, səfərlə bağlı informasiya Liberman Bakıya uçduqdan sonra yayılsın. Qəribədir ki, rəsmi Bakının gizli qalmasını İsraildən istədiyi məlumatları Azərbaycan KİV-ləri yayır» - deyə sayt bildirir.

«Kiçik bir qrupun mitinq təşəbbüsü ictimai rəyə təsirdən daha çox ictimaiyyətin diqqətini özünə cəlb etmək səyidir». «Yeni Azərbaycan» qəzetində dərc edilən bu fikirlər Prezident Administrasiyasının Siyasi Təhlil və İnformasiya təminatı şöbəsinin rəhbəri Elnur Aslanova məxsusdur. O, bunu müxalifət partiyalarının keçirdiyi son mitinqə münasibət bildirərkən deyib.

«Ayna» qəzeti yazır ki, Qızıl Xaç və Səhiyyə Nazirliyi eksqumasiya işlərinə hazırlaşır:

«Dağlıq Qarabağ müharibəsində itkin düşənlərin daha səmərəli axtarılması üçün onların qohumlarından qan nümunələrinin götürülməsini nəzərdə tutan layihə ilə bağlı Anlaşma Memorandumunun ilkin layihəsi hazırlanıb…».

«Qarşıdakı 2 ildə ən müasir təyyarələrin alınması nəzərdə tutulub». «Azərbaycan» qəzetinin yazdığına görə, bunu aprelin 20-də Heydər Əliyev adına beynəlxalq hava limanının yeni uçuş-enmə zolağının açılışında AzAL-ın prezidenti Cahangir Əsgərov deyib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG