Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:45

Naxçıvanda 26700 ağsaqqal var


-

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisənsə, «Şərq qapısı» qəzetini oxu!

Sayı: 45 (20.450) 7 mart 2012


QURUCULUQ ÜNVANINDA İŞLƏR AHƏNGDARLIQLA DAVAM ETDİRİLİR

Naxçıvan Muxtar Respublikasında yol – nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər cari ildə də uğurla davam etdirilir.

Ötən ilin iyul ayından inşasına başlanılan Naxçıvan Şəhər Təsərrüfathesablı Nəqliyyat İdarəsi üçün yeni kompleksdə tikinti işlərini «Gəmiqaya» Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları həyata keçirirlər. Burada yeməkxana, avtobusların təmiri, yuyulması sexləri, ehtiyat hissələri anbarı və satış mağazası, idarə binası inşa olunur. Kompleksin ərazisindəki binalarda qəlib – beton, hörgü işləri yekunlaşdırılıb, üzləmə işlərinə, kommunikasiya xətlərinin çəkilişinə başlanılıb. Binalarda şəbəkəbənd formasında qapı və pəncərələrin salınması, fasadın suvanması, qapı – pəncərə kənarlarının travertin materialla haşiyələnməsi başa çatdırılıb. Hazırda dəhlizlərə daş döşəməsi işləri gedir, otaqlara paket vurulur. Obyektdə avtobusların dayanması üçün üç boksun quraşdırılması, bir hektarlıq ərazidə abadlıq və yaşıllaşdırma işlərinin aparılması da nəzərdə tutulub.

AĞSAQQALA HÖRMƏT OLMAYAN YERDƏ RUZİ – BƏRƏKƏT OLMAZ

Naxçıvan Muxtar Respublikası Ağsaqqallar Şurasının sədri Əbülfəz Əsgərli ilə müsahibə:

... Tarix boyu ağsaqqal sözünə, ağbirçək nəsihətinə hər zaman ehtiyac duyulub. Çünki ağsaqqallar da, ağbirçəklər də həmişə insanları öyrətmək, gəncləri həyata hazırlamaqla məşğul olublar. Ümummilli liderimiz ağsaqqalları milli sərvət hesab edərək onlara böyük ehtiramla yanaşırdı. Onu da deyim ki, bu gün muxtar respublikada ağsaqqallarımızın sayı ötən illərlə müqayisədə çoxluq təşkil edir. Regionumuzda yaşayış səviyyəsinin yüksəldilməsi uzunömürlülərin də sayını xeyli artırıb. Daha dəqiqi, muxtar respublikada 26 min 700 ağsaqqal var. Onlardan 100 yaşını keçənlərin sayı 25 nəfərdir.

...Bugünkü ağsaqqalı dünənki ağsaqqalla müqayisə edəndə, çox böyük fərqlər hiss etmək olar. Ən böyük fərq isə ondadır ki, ağsaqqalların 50 faizi savadlı, özünü təsdiqləmiş insanlardır... Yeri gəlmişkən onu da deyim ki, yerlərdə yeni obyektlərin açılışları zamanı Ali Məclisin Sədri mütəmadi olaraq ağsaqqallarla görüşür, onların qayğıları ilə maraqlanır.

...70 yaşına çatmış hər bir adama ahıl demək olar. Ancaq, hər ahıla ağsaqqal demək olmaz. Bunların fərqi ondadır ki, ağsaqqal ahılların içərisindən seçilir.

DİGƏR MƏQALƏ BAŞLIQLARI:


- Dövlət qayğısı Zeyvə kəndinin simasını dəyişir

- İdeya – siyasi iş daha da gücləndirilməlidir

- Yurdumuzun nemətləri

- «Sirab» Avropa bazarlarına çıxarılacaq

Şərhləri göstər

XS
SM
MD
LG