Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:35
Aprelin 22-də Fransada prezident seçkisinin ilk turu keçiriləcək. İlk turda Sosialist Partiyasının namizədi Francois Hollande'nin Nicolas Sarkozy'ni üstələyəcəyi gözlənilir.

F.Hollande ilə N.Sarkozy prezident postu uğrunda mübarizə aparan 10 namizəd arasında ən güclüləri sayılır. Ancaq onlardan heç birinin ilk turda 50 faizdən çox səs toplayacağı gözlənilmir. Rəy sorğuları mayın 6-da keçiriləcək ikinci turda isə Hollande'nin Sarkozy'yə qalib gələcəyini göstərir.

Siyasi və iqtisadi analitiklər bildirirlər ki, F.Hollande qələbə çalsa, bu, Fransadan kənara da öz təsirini göstərəcək. Son illər Avropa siyasətini müəyyən edən Sarkozy-Merkel cütlüyünü xarakterizə edən «Merkozy» ittifaqının sonu anlamına gələcək. Avropanın bu iki böyük dövləti arasında hər hansı narazılıq belə bir həssas dövrdə avronun sabitliyinə ciddi təsir edə bilər.

ƏSAS FİKİR AYRILIĞI – AVROPA MƏRKƏZİ BANKI

F.Hollande ilə Almaniya kansleri Angela Merkel arasında əsas fikir ayrılığı Avropa Mərkəzi Bankı ilə bağlıdır. Hollande istəyir ki, bu bank avrozona dövlətləri üçün kredit verən sonuncu instansiya olsun.

Əslində 90-cı illərdə də Fransanın Avropa Mərkəzi Bankı ilə bağlı mövqeyi belə idi. Lakin sonradan Avropanı borc böhranı bürüyəndə, Sarkozy mövqeyindən bir qədər geri çəkildi. İndi Sarkozy-Merkel ittifaqı böhrandan sərt qənaət tədbirləri ilə çıxmağa çalışır. Bu, Avropa Birliyi üçün yeni bir müqaviləyə gətirib çıxara bilər. Elə bir müqaviləyə ki, büdcə kəsiri ümumdaxili məhsulun 3 faizindən çox Nicolas Sarkozy və Angela Merkel

Nicolas Sarkozy və Angela Merkel

olan ölkələr cərimələnə bilərlər.

Seçki kampaniyasının son günündə Sarkozy Fransanın büdcə kəsirini və borcunu azaltmalı olduğunu bildirib. Hollande isə qənaət tədbirlərini rədd edir. Varlılar və şirkətlər üçün vergilərin artırılmasını istəyir.

FRANSA İFLAS OLUR?

Fransanın büdcə kəsiri hazırda ümumdaxili məhsulun 5.2 faizinə çatıb. Bu, İspaniyanın göstəricisindən 3 faiz aşağı olsa da, İtaliyanınkından xeyli çoxdur. Sosial xərcləri maliyyələşdirmək üçün Fransa borc almağa başlayıb.

Parisdəki HEC Beynəlxalq Məktəbinin professoru Tomasz Michalski deyir ki, Fransanın dövlət borcu təhlükəli həddə çatıb:

«Hazırda bizim dövlət borcumuz ümumdaxili məhsulun 85 faizi həddindədir. Görürük ki, eyni ssenari ilə gedən avrozonadakı ölkələr, xüsusilə İspaniya, Yunanıstan və İrlandiya iflas həddindədirlər».

SEÇKİ KAMPANİYASININ YEGANƏ KƏŞFİ

Fransa prezidentliyi uğrunda mübarizə aparacaq digər namizədlər – ultra-sağçılardan tutmuş ultra-solçulara qədər ölkənin geniş siyasi spektrini təmsil edir.

Ultra-sağçı Marine Le Pen

Ultra-sağçı Marine Le Pen

Fransa Əlaqələr İnstitutunun baş məsləhətçisi Dominique Moisi deyir ki, ultra-solçu Jean-Luc Melenchon bu seçki kampaniyasının ən dinamik fiqurudur:

«O, çox fəal və yaxşı natiqdir. İstedadlı radikaldır. O, gizli inqilabçıdır. Kommunist Partiyasının dəstəyindən faydalanır. Onun partiyası və təbii xarakteri var. O, bu seçki kampaniyasının yeganə kəşfidir».

Ultra-sağçı Marine Le Pen ilə ultra-solçu Jean-Luc Melenchon arasında isə mərkəzçi Franscois Bayrou var. Franscois Bayrou 5 il əvvəl prezident seçkisinin ilk turunda 20 faizə yaxın səs toplamışdı. Analitiklər deyir ki, bu 3 namizəddən heç birinin ikinci tura keçmək şansı yoxdur. Ancaq onların elektoratı Fransanın növbəti prezidentinin kim olacağında həlledici rol oynayacaq.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG