Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:31

Avtobus yük maşını ilə toqquşdu: ölən və yaralananlar var


Foto: Arxiv
Foto: Arxiv
Aprelin 20-də Bakının Qaradağ rayonu ərazisində ağır yol qəzası baş verib.

Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə Sədərək Ticarət Mərkəzi istiqamətində, Bakı Kənar Dairəvi Yolunun 11-ci kilometrliyində qeydə alınıb. Qax rayonundan ticarət mərkəzinə sərnişin daşıyan «Daewoo» markalı avtobus «KAMaz» markalı yük maşınına arxadan çırpılıb. Yük maşını aşıb.

Hadisə nəticəsində 2 nəfərin öldüyü, 30-dan çox adamın yaralandığı bildirilir.

Avtobus sürücüsünün köməkçisi Şərif Əfəndiyev ANS PRESS-ə bildirib ki, öncə avtobusu «Ford» markalı yol təmizləyən maşın vurub. Nəticədə avtobus qabaqdakı yük maşınına çırpılıb.

Respublika Klinik Xəstəxanasının baş həkiminin müavini Mahir Babayev «Trend»ə deyib ki, xəstəxanaya xəsarət almış 7 nəfər daxil olub. Hazırda onların vəziyyəti ağır stabildir.

Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru qəza zamanı 2 nəfərin ölümünü təsdiqləyib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG