Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 01:18

Tanınmış Taliban yaraqlısının videosu yayılıb



Pakistanda həbsxanadan qaçırılmış tanınmış Taliban yaraqlısı Adnan Rashidin videosu yayılıb. O, aprelin 15-də daha 400 nəfər məhbusla birlikdə Bannu şəhərindəki həbsxanaya Talibanın hücumu nəticəsində qaçırılıb.

AzadlıqRadiosunun Pakistan xidmətinin əməkdaşına göndərilən 22 saniyəlik videoda Adnan Rashid bir maşının qarşısında üzü görünməyən adamın suallarına cavab verir. O, vəziyyətinin yaxı olduğunu bildirir.

Pakistan Hava qüvvələrinin keçmiş rəsmisi olan Adnan Rashid 2003-cü ildə keçmiş prezident Pervez Musharrafə sui-qəsd ittihamı ilə saxlanmışdı. 2005-ci ildə o, ölüm hökmünə məhkum edilmişdi.
XS
SM
MD
LG